İsveçrəlilərin əksəriyyəti milli referendumda ölkədə daha sərt ekoloji qaydaların tətbiqini rədd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Barrons portalı məlumat yayıb.
İsveçrə seçicilərinin 70%-i Yaşıllar Partiyasının gənclər qanadının təbiətin 10 il ərzində iqtisadi fəaliyyətdən karbon dioksid emissiyalarını davamlı şəkildə udmaq iqtidarında olmasını nəzərdə tutan təklifinin əleyhinə səs verib. Buna uyğun olaraq konstitusiyaya planetin təbii sərvətlərinə hörmətlə bağlı bənd daxil etmək lazım idi.
Hökumət, biznes və sağçı siyasi partiyalar Yaşılların təklifinə qarşı həmrəylik nümayiş etdiriblər. Onların fikrincə, bu cür tədbirlər həm iqtisadiyyat, həm də sadə vətəndaşlar üçün mənfi nəticələrə gətirib çıxaracaq.