İtaliya, Fransa və Almaniya HƏMAS-ı təcrid etmək planı təqdim edirlərbackend

İtaliya, Fransa və Almaniya HƏMAS-ı təcrid etmək planı təqdim edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya, Fransa və Almaniya islamçı Həmas qruplaşmasının təcrid edilməsi planını razılaşdıraraq Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasına təqdim ediblər . 

NOCOMMENT.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib .

“Bugünkü müzakirənin əsas məqsədi HƏMAS-ı təcrid etmək, onun zərər vurmasının qarşısını almaq, maliyyələşdirməni azaltmaq, Avropada və dünyada antisemitizmin yenidən alovlanmasının qarşısını almaqdan ibarət olan İtaliya-Fransa-Almaniya sənədidir”, – diplomat bildirib.

O, həmçinin əlavə edib ki, Aİ-nin Qəzza üzərində səlahiyyət kimi tanıdığı yeganə qüvvə Fələstin Milli Administrasiyasıdır (PNA). Tajaninin fikrincə, münaqişə BMT-nin mümkün vasitəçiliyi ilə PNA bölgəsinə nəzarətin qaytarılması ilə bitməlidir .

Bundan əvvəl Aİ oktyabrın 7-də İsrailə hücuma görə Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünürdü.