İtaliya Kaxovka bəndinin bombalanmasını şiddətlə qınadıbackend

İtaliya Kaxovka bəndinin bombalanmasını şiddətlə qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Ukraynada Kaxovka bəndinin bombalanmasını qətiyyətlə pislədiklərini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Tajani yazılı açıqlamasında qeyd edib:

“İtaliya minlərlə insanı risk altında saxlayan və ekoloji fəlakətə səbəb olan və onsuz da davam edən fövqəladə vəziyyəti daha da ağırlaşdıran Xerson bölgəsindəki Kahovka bəndinin bombalanmasını qətiyyətlə pisləyir.

Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi üçün mümkün nəticələrlə bağlı hadisələri çox diqqətlə və narahatlıqla izləyirəm. Biz ukraynalı dostlarımızın və bu son vəhşi hücumdan zərər çəkən mülki şəxslərin yanındayıq”.

NOCOMMENT.AZ