İtaliyanın “Napoli” klubunun futbolçusu David Neres silahlı hücuma məruz qalıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə yarımmüdafiəçinin həyat yoldaşı sosial şəbəkə hesabında bildirib.
Hadisə Neapol təmsilçisinin “Parma”ya evdə qalib gəldikləri (2:1) III turun matçından sonra baş verib. O, maşını ilə evə gedərkən saxlanılıb və bahalı saatı oğurlanıb.
Qeyd edək ki, David Neres avqustun 22-də “Napoli” ilə müqavilə imzalayıb.