İtaliya Kosovo və Serbiyanı dialoqa çağırdıbackend

İtaliya Kosovo və Serbiyanı dialoqa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Serbiya və Kosovo arasında dialoqun üstünlük təşkil etməli olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Tajani qeyri-rəsmi NATO Xarici İşlər Nazirləri Toplantısı üçün olduğu Norveçin paytaxtı Osloda İtaliya mətbuatına açıqlamalar verib.

Serbiya və Kosovo arasında gərginliyə toxunan Tajani Serbiya və Kosovo liderləri ilə görüşləri barədə NATO müttəfiqlərini məlumatlandırdığını bildirib.

“Balkanlardakı vəziyyət müzakirə olunub. Serbiya və Kosovo arasında dialoq üstünlük təşkil etməlidir”, – Tajani qeyd edib.

NOCOMMENT.AZ