İtaliya mətbuatı “Xarıbülbül” musiqi festivalından yazdıbackend

İtaliya mətbuatı “Xarıbülbül” musiqi festivalından yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya mediası Azərbaycanın mədəniyyət paytaxtı, qədim mədəniyyət beşiyi olan Şuşanın əsrarəngiz Cıdır düzündə 32 ildən sonra ilk dəfə “Xarıbülbül” musiqi festivalını keçirilməsini geniş işıqlandırıb.

NOCOMMENT.az-ın  məlumatına görə, yerli mətbu orqanlar qeyd ediblər ki, 12-13 may tarixlərində keçirilmiş festival Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub.

KİV vurğulayıb ki, festivalın açılış mərasimində çıxış edən prezident Əliyev tədbirin olduqca böyük əhəmiyyət daşıdığını bildirib: “O, Azərbaycan xalqının bu günü 30 ilə yaxın səbrsizliklə gözlədiyini deyib, nəhayət, bunun xalqın ötən payızda baş vermiş 44 günlük Vətən müharibəsində göstərdiyi fədakarlıq sayəsində mümkün olduğunu söyləyib. Prezident bildirib ki, Azərbaycan xalqı məhz bu fədakarlıq nəticəsində Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı torpaqlarını azad edib və azad olunmuş torpaqlar sırasında Şuşa şəhəri də var.

“Bu, hamımızın qələbəsidir”, – deyə dövlət başçısı bildirib. Daha sonra o, Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəman azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib”.