İtaliya sərhədlərində son vəziyyətbackend

İtaliya sərhədlərində son vəziyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 3-dən etibarən Avropa İttifaqına (Aİ) üzv 26 ölkədən, həmçinin İslandiya, Norveç, İsveçrə, Böyük Britaniya, Andorra, Monako, San Marino və Vatikandan gələn turistlərin İtaliyaya girişi ilə bağlı qadağalar ləğv olunur.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın üç böyük şəhəri – Milan, Roma və Neapola beynəlxalq uçuşlar artıq bərpa olunmağa başlayır. Məlumata görə ölkəyə gələn qonaqların əksəriyyətindən 14 günlük karantində qalmaq tələb olunmayacaq.

Həmçinin ölkədə regionları arası səyahət məhdudiyyətləri də ləğv edilib.

Qadağaların aradan qaldırılmasını elan edən İtaliyanın Baş Naziri Cuzeppe Konte televiziyada çıxışı zamanı koronavirusa yoluxma riskinin arta biləcəyini deyib: “Ancaq biz bunu qəbul etməliyik, əks təqdirdə yenidən işə başlaya bilməyəcəyik”.

Qeyd edək ki, İtaliya Avropa ölkələri arasında yeni növ koronavirusdan ən çox təsirlənənlərdəndir. Ölkədə 33 mindən çox insan koronavirus infeksiyasının qurbanı olub.