İtaliya varlı əcnəbilərə vergini ikiqat artırırbackend

İtaliya varlı əcnəbilərə vergini ikiqat artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya hökuməti İtaliyada yaşamaq üçün köçən varlı əcnəbilərin xaricdə qazandıqları gəlirlərə görə sabit vergi dərəcəsini iki dəfə artırmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Bu “milyarderlər üçün düz vergi” kimi tanınan illik vergi ildə 100.000 avrodan 200.000 avroya yüksələcək.

İtaliya Maliyyə Nazirliyi aydınlaşdırıb ki, yeni vergi dərəcəsi yalnız tətbiq edildikdən sonra İtaliyaya köçən əcnəbilərə şamil olunacaq və bütün digərləri üçün əvvəlki dərəcə eyni qalacaq.