İtaliya XİN: Roma Rusiya ərazisinə hücumlar təşkil etmək üçün Kiyevi silahla təmin etmirbackend

İtaliya XİN: Roma Rusiya ərazisinə hücumlar təşkil etmək üçün Kiyevi silahla təmin etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Roma Rusiya ərazisinə hücumlar təşkil etmək üçün Kiyevi silahla təmin etmir.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.

İtaliya XİN başçısının sözlərinə görə, İtaliya hökumətinin müharibənin lap əvvəlindən Kiyevə silah tədarükündə məqsədi Ukraynanın özünü müdafiə edə bilməsinə dəstək olub.

“Biz Rusiya ərazisini atəşə tutmaq üçün silah təklif etmirik”, – deyə Antonio Tayani vurğulayıb.