İtaliyada azərbaycanlı rəssamın beynəlxalq sərgisi keçirilir – FOTOLARbackend

İtaliyada azərbaycanlı rəssamın beynəlxalq sərgisi keçirilirFOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Florensiyanin məşhur Fortezza Da Basso qalareyasında 13-cü beynalxalq rəsm sərgisi start götürüb.

Neapol-Bakı Assosiasiyasının həmsədri Elnur Camalxanovun NOCOMMENT.az-a verdiyi məlimata görə, açılış mərasimdə tanınmış incəsənət nümayəndələri və Florensiyanin rəsmi şəxsləri iştirak ediblər.

Tədbirdə 40 dan artıq ölkənin 460 nümayəndəsinin 1000 ə yaxin əsərləri nümayiş olunur. Sərgi elə ilk gündən zövqləri oxşayan əsərlərlə ziyarətə gələnlərin diqqətini cəlb edib.

Bu mötəbər incəsənət yarışmasında ölkəmizi Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədov təmsil edib. AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sərgiyə qatılan gənc rəssamımız gizli üslubda yağlı boya ilə çəkdiyi “Domesticated Red” əsərini nümayiş etdirib.

Fəlsəfi bir təxəyyülün məhsulu olan əsər hamı tərəfindən rəğbətlə qarşılanıb. Elaya media dəstək Neapol-Bakı Assosiasiyası tərəfindən göstərilir.

Tədbir oktyabrın 31-də başa çatacaq. Oktyabrın 28-dən isə Elay Məmmədovun daha bir rəsmi Torino beynəlxalq sərgisində nümayiş olunacaq.