İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədibbackend

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın şimal regionlarında hökm sürən şiddətli fırtına və leysan yağışları fəsadlara səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində bəzi yollarda asfalt örtüyü dağılıb, ehtiyat tədbiri olaraq magistrallarda nəqliyyatın hərəkəti dayandırılıb. Yüksək dağlıq ərazilərdə torpaq sürüşmələri baş verib, kiçik çaylar məcrasından çıxıb.

Güclü külək ağacları və reklam lövhələrini aşırıb, binaların dam örtüklərini qoparıb. Milan şəhərində güclü külək və dolu yağışı avtomobillərə ziyan vurub. Malpensa hava limanında terminallarının bəzi hissələrini su basıb, 27 aviareys başqa hava limanlarına yönləndirilib. Varezedə yollar və küçələr, bəzi evlər su altında qalıb.

On bölgədə çayların səviyyəsinin yüksələcəyi və daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq elan olunub.\\AZƏRTAC