İtaliyanın hakim “İtaliya Qardaşları” partiyası parlamentə ictimai yerlərdə pərəncə (qadının baş və bədənini tamamilə örtən geyim – red.) və niqabı qadağan edən qanun layihəsi təqdim edib.
Bu barədə NOCOMMENT.az “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Baş nazir Corcia Meloninin partiyasının deputatları tərəfindən təqdim edilən sənəddə bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən məktəblərdə, universitetlərdə, mağazalarda və dövlət müəssisələrində üzü örtən geyimin qadağan edilməsi təklif olunur.
Qanun layihəsinə əsasən, bu qaydanın pozulmasına görə 300-3000 avro məbləğində cərimə nəzərdə tutulur.