İtaliyada “ingilis dili” QADAĞASIbackend

İtaliyada “ingilis dili” QADAĞASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada “ingilis dili” qadağası İtaliyanın sağçı hökuməti ingiliscə sözləri qadağan etməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, düzəliş qəbul olunarsa, rəsmi yazışmalarda ingilis sözlərindən istifadə edənlər 100 min avroya qədər cərimə ödəyəcək.

İngilis sözlərinin italyan dilinə sıxışdırılaraq rəsmi sənədlərin yazılmasını qadağan edən qanun layihəsi parlamentə baş nazir Giorgia Meloni tərəfindən təqdim edilib.

Qanunu təklif edən hakim partiya “İtaliya Qardaşlığı” italyan dilinin qorunması üçün xarici sözlərin qadağan edilməsinin zəruri olduğunu düşünür.

Təklif həm də bürokratlardan italyan dilinin danışıq və yazı dilini bilməsini tələb edir. Bundan əlavə, İngiltərənin artıq Avropa ölkəsi olmadığı, ona görə də rəsmi yazışmalarda onun dilindən istifadənin qanuni olmadığı bildirilir.

NOCOMMENT.AZ