İtaliyada sel fəlakətibackend

İtaliyada sel fəlakəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada keçən həftə daşqınların yaşandığı, sel sularının çəkilmədiyi Emilia Romagna bölgəsindəki bəzi şəhərlərdə epidemik xəstəlik riskinin ola biləcəyi bildirildi.

NOCOMMENT.az xəbər verir ki, 15 nəfərin öldüyü Emilia Romagna bölgəsində sel sularının hələ də çəkilmədiyi bölgələrdə yaşayanlara epidemik xəstəliklərlə bağlı xəbərdarlıq edilib.

İtaliyanın ANSA agentliyinin xəbərində seldən zərər çəkmiş ərazilərdə durğun su, zibil və heyvan cəmdəkləri ilə qarışan kanalizasiya tullantılarının çirklənmə ehtimalının artdığı, bölgədə virusa yoluxma riski ilə bağlı narahatlıqlara səbəb olduğu bildirilib.

NOCOMMENT.AZ