İtaliyada surroqat analıq qərarı: Universal cinayətbackend

İtaliyada surroqat analıq qərarı: Universal cinayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada surroqat analığın universal kriminallaşdırılmasına dair qanun layihəsi parlamentin aşağı palatası – Nümayəndələr Palatası tərəfindən bəyənilib və səsvermə üçün Senata göndərilib.

NOCOMMENT.az xəbər verir ki, Senatda keçiriləcək səsvermədə qanun layihəsi təsdiqlənərsə, o, qanuna çevriləcək və İtaliyada surroqat analıq praktikası universal cinayətə çevriləcək.

 

Bildirilir ki, bu qanun layihəsinin məqsədi 2004-cü ildən İtaliyada cinayət olduğu üçün surroqat analıq üçün xaricə getmənin qarşısını almaqdır. Qanun layihəsi Senatın təsdiqi ilə qanuna çevrilərsə, müxtəlif ölkələrdə surroqat analıq üçün müraciət edən italyanların mühakimə olunmasına yol açacaq.