Ukraynada sülhməramlıların yerləşdirilməsi Rusiya tərəfindən birbaşa təhlükə kimi qəbul edilə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Giorgia Meloni Financial Times-a müsahibəsində bildirib.
“Biz burada diqqətli olmalıyıq. Bu [Rusiya tərəfindən] daha çox təhlükə kimi qəbul edilə bilər” dedi.
Martın 18-də Meloni Fransa və Böyük Britaniyanın Ukraynaya sülhməramlı kontingent göndərmək təklifini tənqid edib. O, qeyd edib ki, İtaliya öz qoşunlarını göndərməyi planlaşdırmır.
Bundan əvvəl Fransa lideri Emmanuel Makron bildirib ki, Fransa və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə gələcək hərbi dəstək formatını hazırlamaq üçün Ukraynaya hərbi nümayəndə heyəti göndərəcəklər.