İtalyan qəzeti Avropada qaz böhranı ilə bağlı xəbərdarlıq edibbackend

İtalyan qəzeti Avropada qaz böhranı ilə bağlı xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan qaz nəqlinin dayandırılması ilə əlaqədar Aİ ölkələrində xərclər artır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə L’AntiDiplomatico qəzeti yazır.

Məqalədə deyilir ki, Ukraynanın Rusiya ilə qazın Avropaya tranziti ilə bağlı müqaviləni uzatmamaq qərarı qitədə yeni enerji böhranına səbəb olub və onu ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) almağa məcbur edib.

“Nəticə? ABŞ enerji şirkətləri rekord qazanc əldə edərkən, avropalı istehlakçılar üçün artan xərclər”, – qəzet yazır.

ICIS-in məlumatına görə, məqalədə qeyd olunur ki, ABŞ-ın LNG ilə yüklənmiş ən azı yeddi gəmisi, ilkin olaraq Asiya, Afrika və Latın Amerikasına üz tutur, rekord qaz qiymətlərindən yararlanmaq üçün Avropaya istiqamətini dəyişib.

L’AntiDiplomatico əlavə edib ki, Ukraynadakı münaqişə və anti-Rusiya sanksiyaları səbəbindən Rusiya qazından imtina Avropanı daha bahalı xarici təchizatçılardan asılı vəziyyətə salıb.