İti ilə oynayarkən yıxılan Co Baydenin ayağı zədələnibbackend

İti ilə oynayarkən yıxılan Co Baydenin ayağı zədələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Demokratlar Partiyasının namizədi Co Baydenə tomoqrafiyadan sonra ayaq əzələlərinin dartılması diaqnozu qoyulub.

NOCOMMENT xarici mediaya istinadən xəbər verir ki, bu barədə ona yaxın jurnalistlər bildiriblər.

“Kompüter tomoqrafiyası yan və orta əzələlərin dartılmasını təsdiq etdi”, – deyə müxbirlər həkimdən sitat gətiriblər.

Xəbərdə vurğulanır ki, Baydenin bir neçə həftə ərzində xüsusi çəkmədə gəzməyə məcbur olacaq.

Qeyd edək ki, Co Bayden iti Meyjerlə oynayan zaman sürüşüb və topuğu burxulub. Bayden avtomobil kortecinin müşayiəti və jurnalistlərlə həkim-ortopedə gedib.