11.12.2025
“Külək qayıqları qonşu ölkənin sularına aparmış ola bilər”
NOCOMMENT.az-ın Cənub bürosunun məlumatına görə, itkin düşmüş balıqçıların axtarışına qoşulan yerli balıqçılar az öncə dənizdən qayıdıblar.
Balıqçılar ərazini yoxladıqda itkin düşən dostlarının qayıqlarına və üzərindəki əşyalara rast gəlməyiblər. Onların fikrincə, küləkli hava şəraiti qayıqları qonşu dövlətin sularına aparmış ola bilər və axtarışların həmin istiqamətdə davam etdirilməsi zəruridir.
Qeyd edək ki, Turan və Ağadədə Həsənovların axtarışına bu gün helikopter də cəlb olunub.
***
Bir neçə gündü itkin düşən balıqçıların axtarışları davam edir.
Bu barədə saytımıza balıqçıların yaxınları məlumat verib.
***
Astarada itkin düşən balıqçılar tapılıb
İSNA-nın məlumatına görə, Astarada dənizə açıldıqdan sonra itkin düşən balıqçılar tapılıb. Axtarış-xilasetmə qruplarının həyata keçirdiyi əməliyyat nəticəsində balıqçıların yerinin müəyyən edildiyi və onların təhlükəsiz şəkildə sahilə çıxarıldığı bildirilib.
İlkin məlumata görə, balıqçıların vəziyyəti qənaətbəxşdir. Hadisənin səbəbləri araşdırılır.
Ətraflı məlumat veriləcək…















