İtkin düşən 7 ekipaj üzvünün axtarışları davam edirbackend

İtkin düşən 7 ekipaj üzvünün axtarışları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Zonquldakın Ereğli rayonunda batan “Kafkametler” yük gəmisinin itkin düşən 7 ekipaj üzvünün axtarışları davam edir.

NOCOMMENT xəbər verir ki, noyabrın 19-da güclü tufan nəticəsində dalğaqırana çırpılaraq batan “Kafkametler” yük gəmisinin 12 ekipaj üzvündən 5-nin cəsədi tapılıb. İtkin düşən 7 ekipaj üzvünün axtarışları 14 gündür ki, davam edir.

İtkin düşən dənizçilərə çatmaq üçün AFAD, Sahil Təhlükəsizlik Komandanlığı, Sahil Polisi, TSK-nın SAT komandoları və Dəniz Qüvvələri Komandanlığına bağlı qruplar hava, quru və dəniz yolu ilə axtarış işlərini davam etdirir.

Dağıntıları təmizləmə və sualtı xilasetmə qabiliyyətinə malik TCG Akın gəmisi də işlərə cəlb olunub. 70-dən çox dalğıc batan gəminin içində və ətrafında axtarışlarını davam etdirir.