İtkin düşən erməni əsgərin atası maşını Müdafiə Nazirliyinin binasına çırpdıbackend

İtkin düşən erməni əsgərin atası maşını Müdafiə Nazirliyinin binasına çırpdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 yanvar tarixində saat 21:30 radələrində Ermənistan Respublikasının Kotayk rayon sakini Q.V. özünə məxsus “VAZ 2107” markalı avtomobili ilə Ermənistan Respublikası Müdafiə Nazirliyinin inzibati kompleksinin nəzarət-buraxılış məntəqəsinin qapılarını qıraraq Müdafiə Nazirliyinin inzibati kompleksinin ərazisinə daxil olub.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, daha sonra Q.V. maşını ilə inzibati binanın giriş qapılarını sındıraraq binaya çırpılıb. Vətəndaş Q.V. Müdafiə Nazirliyinin nəzarət məntəqəsində xidmət edən zabitləri tərəfindən nəzarətə alınıb.

Müdafiə Nazirliyinin faktla bağlı hazırlanan materiallar Ermənistan Respublikasının İstintaq Komitəsinə göndərilib. Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 327.6-cı maddəsinin 5-ci bəndi və 258-ci maddəsinin 4-cü bəndi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, vətəndaş itkin düşmüş erməni hərbçilərdən birinin atasıdır.
Moderator.az