İtkin düşən hərbçimiz Ermənistana keçib? – Təcilibackend

İtkin düşən hərbçimiz Ermənistana keçib? – Təcili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

NOCOMMENT.az axar.az-a istinadla xəbər verir ki, erməni Teleqram kanalları hərbçimizin Ermənistan tərəfə keçdiyini və saxlanıldığını iddia edir.

“Sputnik Ermənistan” bildirib ki, hərbçimiz Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb.

Məlumatı rəsmi olaraq hələlik nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti təsdiqləyib.