İtkin düşən şagirdlə bağlı məktəbdən – Açıqlamabackend

İtkin düşən şagirdlə bağlı məktəbdən – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 4-cü sinif şagirdinin itkin düşməsilə bağlı rəsmi açıqlama yayılıb.

NOCOMMENT “Qafqazinfo” ya istinadən xəbər verir ki, 220 nömrəli məktəb-liseydən verilən məlumata da bildirilib ki, itkin düşən şagird fərdi təhsil sinfində təhsil alırmış:

“Fevralın 6-da 220 nömrəli məktəb-liseyin 4t (fərdi təhsil) sinfində təhsil alan 1 nömrəli Uşaq evinin sakini (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) birinci dərs bitdikdən sonra tənəffüs zamanı məktəbin digər korpusuna keçərək binadan çıxıb və məktəb ərazisini tərk edib.

Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına və Uşaq evinə məlumat verilib”.

Qeyd edək ki, 2019-cu ildən 1 saylı uşaq evində yaşayan, Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 saylı tam orta məktəbin 4-cü sinif şagirdi, 2010-cu il təvəllüdlü M.Rzayev fevralın 6-da məktəbdən çıxıb və bir daha geri qayıtmayıb.