İtkin hərbçilərin axtarışı zamanı yüzlərlə mina belə aşkar edildi – VİDEObackend

İtkin hərbçilərin axtarışı zamanı yüzlərlə mina belə aşkar edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kəlbəcər rayonunun ucqar dağlarında Vətən Müharibəsi zamanı itkin düşən hərbçilərin axtarışı zamanı yüzlərlə minaların quraşdırıldığı ərazi aşkar ediblər.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə həmin şəxslər sosial şəbəkədə video paylaşaraq məlumat veriblər.

Murovdağ ətrafında axtarışlar zamanı dağın yamacında yüzlərlə piyada əleyhinə mina tapılıb. Belə ki, qarın əriməsi və dağın yüksəkliyindəki qar topasının uçqun nəticəsində aşağı yığılmasından sonra minalar üzə çıxıb.

Bununla da axtarışların necə çətinliklə və təhlükəli formada həyata keçirildiyi bir daha məlum olub.