İtkin hərbçilərin axtarışları davam edirbackend

İtkin hərbçilərin axtarışları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müvafiq qurumlarla birlikdə həm I Qarabağ, həm də II Qarabağ müharibəsində həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunması, bununla əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində də işlər davam etdirilib.

NOCOMMENT xəbər verir ki, bunu Hərbi Prokurorluqda 2022-ci ilin birinci yarımilliyinin yekunlarına dair kollegiya iclasında Hərbi prokuror Xanlar Vəliyev deyib.

Bildirilib ki, o cümlədən Hərbi Prokurorluq orqanlarının əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla qürur dolu 44 günlük döyüş əməliyyatlarında həlak olmuş şəxslərdən indiyədək 2908 şəxsin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətlərinin müəyyən edilərək meyitlərinin ailələrinə təhvil verilməsi təmin olunub.

İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda müntəzəm işlər aparılır. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.