İTV Avroviziya mahnı şousunun şərhçisini açıqladıbackend

İTV Avroviziya mahnı şousunun şərhçisini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avroviziya: Europe Shine A Light” adı altında 16-may 2020-ci ildə, Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq.

NOCOMMENT.az İctimai Televiziya və Radio Yayımları Şirkətinə istinadən xəbər verir ki, 2 saatlıq konsert İctimai Televiziyanın efirində canlı şəkildə yayımlanacaq. Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Efendi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq.

Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Xatırladaq ki, pandemiya səbəbilə ləğv edilmiş “Avroviziya 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

Qeyd edək ki, “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən Efendinin təmsil etməsi planlaşdırılır.

Murad Arif