İvanov: Rusiya da gözləyir: Qarabağ tez azad olunsun…backend

İvanov: Rusiya da gözləyir: Qarabağ tez azad olunsun…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Digər beynəlxalq müşahidəçilər kimi Rusiya da Qarabağ müharibəsindən maksimum kənarda duracaq.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin direktoru Andrey İvanov deyib.

Onun sözlərinə görə, Rusiya da daxil olmaqla, hər kəs Azərbaycan Ordusunun nəhayət ölkəsinin ərazi bütövlüyünü tamamilə bərpa etməsini gözləyir: “Hər kəs cəbhədə hakim olacaq vəziyyətlə razılaşmağa hazırdır. Uzun illər ərzində hamını manipulyasiya etməyə çalışan rəsmi İrəvanla bitib-tükənməyən və tamamilə nəticəsiz olan danışıqlar hər kəsi açıq-aşkar boğaza yığıb.

Hər kəs tərəfdaşları ilə normal və praqmatik münasibətlər qurmaq istəyir, artıq heç kim Ermənistanın öz dövlətçiliyi üzərində alverçilik etmək cəhdlərinə qulaq asmaq istəmir”.