“İvanovka Sovqatları İnci Holdinq” ölkədən pul çıxarıbbackend

“İvanovka Sovqatları İnci Holdinq” ölkədən pul çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İvanovka Sovqatları İnci Holdinq” MMC-yə inzibati protokol yazılıb.

NOCOMMENT.az-ın xəbərinə görə, Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş İsmayıllı Rayon Məhkəməsinin hakimi İlqar Hüseynovun icraatındadır. Baxış iclası noyabrın 19-da keçiriləcək.