İyirmidən çox polis əməkdaşı işgəncə və pis rəftara görə istintaqa cəlb edilibbackend

İyirmidən çox polis əməkdaşı işgəncə və pis rəftara görə istintaqa cəlb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Verona şəhərində 20-dən çox polis zabiti pis rəftar, işgəncə və mənimsəmə ittihamları ilə istintaqa cəlb edilib.

NOCOMMENT.az xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, ölkənin şimalındakı Verona şəhərində aparılan araşdırmalar çərçivəsində dünən 2022-ci ilin mart-noyabr ayları arasında polis idarəsində dindirildikləri şəxslərə qarşı işgəncə, pis rəftar və mənimsəmə ittihamı ilə saxlanılan 5 polis məmuruna daha 17 polis əlavə edilib.

İstintaq altında olan polislərin mühacirlərə və evsizlərə qarşı xüsusilə pis rəftar etdikləri bildirilib.

İstintaq çərçivəsində saxlanılan ilk 5 polis məmuru ev dustaqlığına buraxılıb.

İstintaqı aparan Verona Baş Prokurorluğu 22 polis əməkdaşının işdən uzaqlaşdırılmas və ya işdən çıxarılması kimi inzibati tədbirlərin görülməsini ibtidai istintaq hakimindən istəyib.

NOCOMMENT.AZ