İynə uşağın ayağından 14 gün sonra çıxarıldı – FOTObackend

İynə uşağın ayağından 14 gün sonra çıxarıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ayağında davamlı ağrı və şişkinlik şikayətləri ilə xəstəxanaya gətirilən 11 yaşlı uşağın rentgen müayinəsi zamanı sağ ayağının pəncə nahiyəsində yad cisim aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, TƏBİB-dən Bakupost.az -a verilən məlumata görə, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) ayağında aşkarlanan cismin 14 gün əvvəl batmış iynə parçası olduğu müəyyən edilib.

Qeyd edilib ki, uşaq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzində cərrahi əməliyyata alınıb və yad cisim təhlükəsiz şəkildə xaric edilib.