İyuldan bağçalara elektron qaydada uşaq qəbulu başlayırbackend

İyuldan bağçalara elektron qaydada uşaq qəbulu başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna start veriləcək.

Təhsil Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq: “Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə olunur”.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.