İyun ayında iki yüz minədək şagird buraxılış imtahanlarında iştirak edəcəkbackend

İyun ayında iki yüz minədək şagird buraxılış imtahanlarında iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq iyun ayı üçün keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarının cədvəl qrafiki açıqlanıb. 190 000 şagird bir ay ərzində buraxılış imtahanlarında iştirak etməlidir. Onlardan 94 mini 11-ci sinfin məzunlarıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, təxminən 45 min insan hər həftə imtahana qatılacaq: “1500-ə yaxın məktəb binası imtahanlar üçün ayrılıb və həmin yerlərə tərəfimizdən baxış keçirilib. Binaların hazırlığı ciddi məsələ idi. Çünki binanın sanitar-gigiyena qaydalarına uyğun hazırlanması mütləq idi”.

DİM sədri qeyd edib ki, bu gündən etibarən imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb: “İmtahanlarda iştirak edəcək şəxslər mütləq “Yaddaş kitabçası” da əldə etməlidirlər. İmtahana hər bir şəxs qoruyucu tibbi maska ilə gəlməlidir”.