İzmir sahillərində 113 qeyri-qanuni miqrant xilas edildibackend

İzmir sahillərində 113 qeyri-qanuni miqrant xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmir sahillərində yunanlar tərəfindən Türkiyə ərazi sularına geri qaytarılan 113 qeyri-qanuni miqrant sahilə çıxarılıb, 26 qeyri-qanuni miqrant isə saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Sahil Mühafizəsi Komandanlığından verilən açıqlamaya görə Çeşmə rayonu sahillərində rezin qayıqda bir qrup nizamsız miqrantın olması xəbəri verilən kimi komandanlığın gəmisi həmin əraziyə gedib.

Yunanlar tərəfindən Türkiyə ərazi sularına geri itələnən qayıqda olan 33 qeyri-qanuni miqrant xilas edilib.

Məlumata görə Sahil Mühafizəsi 80 nizamsız miqrantıda sahilə çıxarıb. Qruplar qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 26 nizamsız miqrantı isə yaxalayıb.

NOCOMMENT.AZ