İzmirdə zəlzələdə ölən və yaralananların sayı- Yenilənibbackend

İzmirdə zəlzələdə ölən və yaralananların sayı – Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmirdə zəlzələ nəticəsində xəsarət alanların sayı 607 nəfərə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, təbii fəlakət zamanı 12 nəfər həyatını itirib.

 

*22:40

İzmirdə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar 522 nəfərə çatıb.  

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Məlumata görə zəlzələdən 4 bina tamamilə çöküb.

Qeyd edək ki, zəlzələdə həyatını itirənlərin sayı 12-dir.

 

*21:16

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralananların sayı 419 nəfərə çatıb.  

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Məlumata görə 17 binada axtarış-xilasetmə işləri həyata keçirilir.

 

*19:20

İzmirdə zəlzələ nəticəsində yaralananların sayı 202-yə çatıb.

NOCOMMENT.az Türk mediasına istinadən xəbər verir ki, qardaş ölkədə yeraltı təkandan həlak olanların sayı 6-ya yüksəlib.