Jdanov: ATƏT rəsmilərini Azərbaycana çağırın!backend

Jdanov: ATƏT rəsmilərini Azərbaycana çağırın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun Azərbaycanın Bərdə şəhərinə raket zərbələri endirməsi nəticəsində həlak olmuş və yaralanmış dinc sakinlər haqqında xəbərləri oxumaq çox ağrılıdır.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a ukraynalı hərbi analitik Oleq Jdanov deyib.

O, Ermənistanın törətdiyi bütün qeyri-insani aktlara görə Azərbaycan xalqına başsağlığı verib: “Ermənistanın Azərbaycanı daha böyük müharibəyə çəkərək bu münaqişəni genişləndirməkdən başqa yolu yoxdur. İrəvan bu müharibəni regional miqyasda şişirtməyə çalışır ki, güclü Azərbaycan Ordusunu dayandırmaq üçün alətlərə sahib olsun”.

Jdanovun sözlərinə görə, ermənilər nasizm rejimini işə salıb: “Günahsız azərbaycanlı uşaq, qoca və qadınların həlak olması onların vecinə deyil. İndi Bakı erməni tərəfinin bu avantürasına getməməli və bütün beynəlxalq platformaların cəlb olunmasına diqqətini cəmləməlidir: BMT Təhlükəsizlik Şurasından tutmuş humanitar təşkilatlara qədər Ermənistanın Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirməsini pisləməlidir. Bununla yanaşı, ATƏT-in nümayəndələrini Azərbaycana çağırıb, onlara hər şeyi görmələri üçün respublikanın əsas şəhərlərində müvəqqəti yaşamaq imkanı yaratmaq lazımdır”.