Jdanov: Hücum olmayacaq, çünki Rusiyanın pulu yoxdurbackend

Jdanov: Hücum olmayacaq, çünki Rusiyanın pulu yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Donbasda genişmiqyaslı hücumuna skeptik yanaşıram.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Nə maliyyə, nə iqtisadi, nə də hərbi planda Rusiya genişmiqyaslı hərbi fəaliyyətlərə hazırdır. Hazırda Moskvanın bütün hərbi proqramları dayandırılıb. Putin Ukrayna ilə böyük müharibəyə gedə bilməz. Çünki pulları yoxdur. Əgər Rusiya hökumətinin hərbi sənaye kompleksinə nəzarət üzrə baş nazirin müavini rəsmi olaraq bəyan edirsə ki, biz baha olmasına görə T-90-ları Rusiya ordusuna almağı dayandırırıq, bu artıq hər şeyin ciddi olduğunu göstərir”, – deyə o bildirib.

Hərbi ekspert Rusiya ordusunun şəxsi heyətlə bağlı problemlərinin olduğunu da deyib: “Hərbi konfliktlərlə əlaqədar Rusiya hərbçilərinin ordudan böyük axını başlayıb. Hərbçilər daha yaxşı şəraitdə Rusiya Milli Qvardiyasına gediblər. Orada maaş daha yüksəkdir. Onların hərbi komandanları metro yaxınlarında “ov” həyata keçirirlər. Ona görə də orduları elə də yaxşı deyil. Bəli, “Qafqaz-2020” təlimi göstərdi ki, onlar nəzəri olaraq 180 minlik ordu formalaşdıra bilərlər, amma bu ordu yalnız Rusiyanın Avropa hissəsinə aiddir. Bunlar nəzəriyyədir. Hərbi komissarlıqlara real olaraq nə qədər adam gələcək?”