Jdanov: Putin bütün rıçaqları işə salacaq – Videobackend

Jdanov: Putin bütün rıçaqları işə salacaq – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynaya qarşı siyasi müharibəyə başlayır. Rusiya Prezidenti Vladimir Putin Ukraynanı danışıqlar masasına oturtmağa hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Rusiya ilə siyasi müharibənin başlayacağını və müharibədə pauza olacağını gözləməliyik. Putin bizi danışıqlar masası arxasına oturtmaq üçün əlində olan bütün rıçaqları, bütün kompromatları işə salacaq. Gördüyünüz kimi, Qərbdə belə bir dalğa yayılır: kompromislərə getmək, diplomatiya yolu ilə qərar vermək lazımdır. Bu onu deməyə əsas verir ki, Rusiyanın gücü tükənib. Bütün silahlı qüvvələri yenidən toplamaq, hücumu bərpa etmək, yeni qruplar yaratmaq üçün ona nəfəs lazımdır”, – o bildirib.

Jdanov qeyd edib ki, Rusiya Donetsk və Luqansk istiqamətində hücumlarını davam etdirəcək:

“Düşünürəm ki, döyüşlər bitməyəcək və uzun müddət davam edəcək. O vaxta qədər ki, Rusiya qoşunları ehtiyatlarını yığıb döyüşə atacaqlar”.

Axar.az