“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıbbackend

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya çempionatının 34-cü turunun matçında “Jirona” Kataloniya derbisində “Barselona”ya qalib gəlib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Jirona şəhərinin “Montivilli” stadionunda 14 090 tamaşaçının iştirakı ilə keçirilən görüş 4:2 hesabı ilə Miçelin yetirmələrinin iradəli qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra “Jirona” 74 xal toplayıb və “Barselona”nı 1 xal qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Bu nəticə həm də “Jirona”ya Çempionlar Liqasının 2024/25 mövsümünün qrup mərhələsinə erkən vəsiqəni təmin etməyə imkan verib. Klub tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində iştirak edəcək.