Johnson&Johnson şirkəti öz aləmində “səhvini düzəltdi”backend

Johnson&Johnson şirkəti öz aləmində “səhvini düzəltdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Johnson&Johnson” şirkəti səhvini düzəldərək rəsmi tvitter səhifəsində separatçıları dəstəkləyən statusunu silib. Şirkət tərəfindən müharibə nəticəsində Azərbaycan və Ermənistanda zərər görmüş şəxslərə yardım ediləcəyi ilə başlı yeni məlumat paylaşılıb.

NOCOMMENT.az xəbər verir ki, şirkətin məlumatda deyilir ki, yardımlar Qırmızı Xaç Komitəsi vasitəsi ilə paylanacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında Johnson&Johnson şirkəti işğal altında olan Dağlıq Qarabağdakı separatçılara dəstək mesajı vermişdi.

Jonsonandjonson

Şirkətin rəsmi tvitter hesabında paylaşılan mesajda separatçıların qondarma respublikasına dəstək ifadə olunurdu.

Şirkətin tanınmamış qondarma respublikaya belə dəstək verməsi sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub və bununla bağlı etirazlar başlayıb.