Jordi Albanın Barselona macərası sona çatırbackend

Jordi Albanın Barselona macərası sona çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya nəhəngi “Barselona”nın veteran futbolçularından olan Jordi Albanın mövsümün sonunda komandadan ayrılacağı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, İspaniya komandası sol cinah müdafiəçisi Jordi Alba ilə 2023-2024 mövsümündə başa çatacaq müqaviləyə xitam verildiyini açıqlayıb.

Klubun rəsmi saytında verilən açıqlamada qeyd olunub: “Jordi Alba mövsümün sonunda “Barselona”dan ayrılacaq”.

“Barselona və Jordi Alba, onu 2023/24 mövsümünün sonuna qədər klubla bağlayan müqaviləni ləğv etmək barədə razılığa gəliblər. Təşəkkürlər Jordi Alba”. deyə Kataloniya komandasının açıqlamasında qeyd olunub.

NOCOMMENT.AZ