Juninyo Qarabağ-dan gedir? – Açıqlamabackend

Juninyo Qarabağ-dan gedir? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maraqlı oyun oldu. İkinci buraxdığımız qola görə çox üzüldüm. Amma “Bayer”in potensialı hamıya bəllidir.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın oyunçusu Olavio Juninyo bu gecə baş tutan “Bayer”lə oyundan sonra mediaya açıqlamasında deyib.

O bildirib ki, qırmızı vərəqə aldığımız epizodda da bəxtsizlik oldu:

“Bu da oyuna təsir etdi. Oyun yüksək tempdə keçirdi. Bu tip oyunlarda sona qədər meydanda olmaq istəyirsən”.

Hücumçu “Qarabağ”dakı gələcəyi haqda xəbərlərə də münasibət bildirib:

“Hazırda “Qarabağ”da xoşbəxtəm. Burada oynadığım üçün qürur duyuram. Mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər. Keçdiyim komandaya tez uyğunlaşa bilirəm”.