“Jurnalist binaları”nın qarşısında qəza baş verdi – FOTObackend

“Jurnalist binaları”nın qarşısında qəza baş verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Səbail rayonu yeni Salyan yolu 20 ünvanında (“Jurnalist binaları”) “Toyota-Pirus” tipli nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, baş inspektor, mayor Araz Əsgərli NOCOMMENT.az-a bildirib ki, həmin yolda ara məsafəsi gözlənilmədiyi üçün toqquşma baş verib.

“Hadisə yerinə Səbail rayonu Dövlət Yol Polis şöbəsinin əməkdaşları gediblər. Avtomobillər ərazidən təxliyə edilərək yolun hərəkəti tam təmin edilib”,- deyə o, əlavə edib.

Polis mayorunun sözlərinə görə, hadisə zamanı xəsarət alan və ölən olmayıb. Yüngül xəsarət alanlara yerindəcə müdaxilə edilib.

redaktor.az