Jurnalist ev dustaqlığına buraxılmadıbackend

Jurnalist ev dustaqlığına buraxılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT-in məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində ifadə verən Kənan Kərimov bildirib ki, Mahir Ələkbərov ondan Ramiz Göyüşovun mobil telefon nömrəsini alıb. Şahid deyib ki, başqa heç nədən məlumatı olmayıb.

Vəkil Araz Nurməmmədov müdafiə etdiyi Mahir Ələkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsi barədə vəsatət verib.

Hakim vəsatəti təmin etməyib.