Jurnalist İstanbul Klinikasını ittiham etdi: “Anamı öldürdülər”backend

Jurnalist İstanbul Klinikasını ittiham etdi: “Anamı öldürdülər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstanbul NS Klinikası Bakının cəlladları anamı öldürdülər”.

NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki,bu barədə Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu bildirib.

Onun sözlərinə görə, anasına sistem vuran zaman keçinib. Jurnalist bildirir ki, Mələk Abbasova adlı tibb bacısı anasını yoxlamadan sistem vurub.

“Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi məsuliyyətdən boyun qaçırmaq üçün anamın nəşini təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimaisya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı Mələk Abbasova özü mənə dedi ki, sistemin altında keçinib”, deyə jurnalist əlavə edib.