Jurnalist Qəzzada ayağını itiribbackend

Jurnalist Qəzzada ayağını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzada “Ruptly” ilə əməkdaşlıq edən jurnalist Məhəmməd Əbo Dəhruc İsrailin hava hücumu nəticəsində ağır yaralanıb və ayağını itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə agentlik öz Telegram kanalında məlumat yayıb.

“Həmkarımız Məhəmməd Əbo Dəhruc hava hücumu zamanı Əl-Əqsa xəstəxanasının yaxınlığında işləyirdi. O, hazırda reanimasiya şöbəsindədir”, – məlumatda deyilir.

Qeyd olunur ki, hava hücumu zamanı iki fələstinli həlak olub, bir neçə jurnalist isə yaralanıb.