Jurnalist Rəşad Süleymanov adına media mükafatı təsis ediləcəkbackend

Jurnalist Rəşad Süleymanov adına media mükafatı təsis ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Poliqon” (“Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru olmuş mərhum hərbi jurnalist Rəşad Süleymanovun adı əbədiləşdiriləcək.

NOCOMMENT.az xəbər verir ki, “Poliqon” jurnalının 10 illik yubley tədbirində hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Rəşad Süleymanovun adının əbədiləşdirilməsini təklif edib, əlaqədar qurumları bu istiqamətdə tədbir görməyə çağırıb.

Ehtiyatda olan polkovnik bildirib ki, “Poliqon” jurnalının Azərbaycan üçün əvəzsiz xidmətləri var.

Üzeyir Cəfərovun təklifi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Rəşad Süleymanovun adının əbədiləşdirilməsi üçün gələn il Mətbuat gününə qədər media mükafatının təsis edilməsinin qərara alındığını elan edib. Qərar tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.