Jurnalist Səbuhi Məmmədli xəstəxanaya yerləşdirildibackend

Jurnalist Səbuhi Məmmədli xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli xəstəxanaya yerləşdirlib.

NOCOMMENT.az xəbər verir ki, S.Məmmədli Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yatırılıb. Ona yüksək şəkərli diabet və kəskin ürək çatışmazlığı diaqnozu qoyulub.

Əməkdaşımız hazırda xəstəxanada müalicə olunan jurnalistlə əlaqə saxlayaraq, onun vəziyyətilə maraqlanıb. Həmkarımız vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb.

S.Məmmədlinin sözlərinə görə, Mətbuat Şurasının ötən şənbə keçirilmiş VIII qurultayının nümayəndəsi olsa da, həmin gün xəstəxanaya yerləşdirilməsi səbəbindən tədbirə qatıla bilməyib.

Jurnalist hazırda intensiv müalicə aldığını söyləyib. Həmkarımız TƏBİB-dən və xəstəxanadan böyük qayğı gördüyünü də sözlərinə əlavə edib./Modern.az