Jurnalist Ukraynanın əvvəlki müdafiə nazirinin niyə işdən çıxarıldığını xatırladıbbackend

Jurnalist Ukraynanın əvvəlki müdafiə nazirinin niyə işdən çıxarıldığını xatırladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın əvvəlki müdafiə naziri korrupsiyaya görə tutduğu vəzifədən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində Ukrayna Müdafiə Nazirliyinin hazırkı rəhbəri Rustem Umerova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açıldığı barədə xəbərlərə cavab verərkən bildirib.

“Onun sələfi Reznikov korrupsiyaya görə işdən çıxarılıb. Ukrayna kökündən çürüyüb. “Daha çox pul göndərin”, – deyə o vurğulayıb.

Yanvarın 29-da Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Umerova qarşı istintaqın başlandığını təsdiqləyib.

Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi Müdafiə Təchizatları Agentliyinin rəhbəri Bezrukovanın işdən çıxarılmasından sonra nazirə qarşı şikayət edib. Ukraynalı jurnalistlər qeyd ediblər ki, müdafiə tədarükləri agentliyi Qərb strukturlarına yaxın qrant təşkilatları və ABŞ Demokratik Partiyası tərəfindən lobbiləşdirilib. Agentliyin rəhbərinin işdən çıxarılması ABŞ-da respublikaçı Donald Trampın hakimiyyətə gəlməsi ilə bağlıdır.