Jurnalistdən müraciət: Stimul Hospital anamı öldürdübackend

Jurnalistdən müraciət: Stimul Hospital anamı öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Stimul Hospital”da anamı öldürdülər”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu bildirib. Onun sözlərinə görə, anası Bahar Qasımova bu gün Istanbul NS Klinikasin-dan sistem köçürülməsi üçün Stimul Hospital-a gedib:

“Getməmişdən anamla danışmışdım. Vəziyyəti yaxşı idi, heç bir problemi yox idi. Stimul Hospital-a gedərkən, tibb bacısı Mələk Abbasovaya (ya da Məleykə, adını tam xatırlamıram) deyib ki, qızım, qızdırmam var. Bəlkə dərman verəsiz, qızdırmam düşsün, sonra sistemi qəbul edim. Tibb bacısı deyib ki, narahat olmayın, keçib gedəcək. Tibb bacısı iynəni damarına salan kimi damarı partlayıb, anam şoka düşüb. Həmin an heç bir müdaxilə edilməyib, sistemi çıxarıb, gözləyiblər”.

jurnalist Fərahim İlqaroğlu qeyd edib ki, anası keçinəndən sonra xəstəxanın terapevti İlham Hüseynə məlumat verilib:

“Anamı ağ parçaya büküblər. Həmin vaxt hospitalın dəhlizində gözləyən atama, bacıma və qonşuma deyiblər ki, xəstənin vəziyyəti ağırdır, aparata qoşmuşuq. Qonşum deyir ki, heç bir aparata qoşmamışdılar. Həmin vaxt sadəcə vaxt qazanmaq üçün bizim başımızı qatırdılar. Üstəlik ananı görmək istəyəndə, bizi hətta xəstəxanadan çölə çıxardılar”.

O, həmçinin hosptalın terapevti İlham Hüseyni məsuliyyətdən yayınmaqda ittiham edib:

“Atama deyib ki, xanımınız keçinib, təcili yardımla evə göndərək. Sonra təcili yardıma zəng vurun, gəlib ölümü təsdiqləsinlər, sizə kağız versinlər. Həkim bu yolla məsuliyyətdən yayınmaq istəyib. Bütün bu işləri planlayan həkim mənimlə telefonda danışığında dedi ki, mən hospitala indi gəlmişəm, heç nədən xəbərim yoxdur. Mənimlə danışığından əvvəl xəstəxanada çəkilən video bir daha təsdiq edir ki, İ.Hüseyn hospitalda olub.

Prokurorluğun Kamran adlı əməkdaşı mənimlə telefonda danışığında dedi ki, məsələ araşdırılacaq, narahat olmayın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi , Azərbaycan Respublikasının Baş Prokurorluğu, TƏBİB Elşad Hacıyev  sizdən xahiş edirəm, hadisə düzgün araşdırılsın”.