Jurnalistə hücum edən mayorla bağlı ölçü götürüləcək?backend

Jurnalistə hücum edən mayorla bağlı ölçü götürüləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində Baku TV-nin əməkdaşları, jurnalist Tural Museyibova və operatora hücum etməsi hələ də ciddi şəkildə müzakirə olunur. Ötən gün bununla bağlı Mətbuat Şurası da bəyanat yayaraq, DSX rəisi Elçin Quliyevə mayora qarşı ölçü götürməsi üçün çağırış edib.

NOCOMMENT.az xəbər verir ki, DSX mətbuat xidmətinin rəhbəri Maya Şərifova Axar.az-a bildirib ki, bu barədə hazırda deyə biləcəyi heç nə yoxdur.

O, hər hansı rəsmi qərar olacağı halda mediaya açıqlanacağını vurğulayıb.